-
İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Filatelistlər İttifaqının üzvü, ölkənin foto və illüstrasiya irsinin kolleksiyaçısı və tədqiqatçısı, “İçərişəhər” DTMQİ əməkdaşı Bəhruz Hüseynzadə ilə görüş keçirilib.
Görüş zamanı Bəhruz Hüseynzadə “Qız Qalasının Fotoqrafiya irsi” mövzusu ilə çıxış edərək 1860-1960-cı illərə qədər çəkilən fotoşəkillər, onların müəllifləri, o cümlədən 17-19-cu əsrlərdə Bakıya səyahət etmiş tanınmış şəxslərin rəsmlərindən bəhs edib.
- 23 June 2023
-
Qala Dövlət Tarixi-etnoqrafik Qoruğunda Vətən müharibəsi şəhidi İbrahimov Ədalət Tanrıverdi oğlunun barelyefi açılıb.
26 İyun-Silahlı Qüvvələr Günü ərəfəsində şəhidimizin vaxtilə yaşadığı Qala Qoruğundakı evinin divarında barelyefi vurulub.
- 23 June 2023
-
Siyasi məktəbinin iştirakçıları "Qala" qoruğu ilə tanış olublar.
“Ulu öndər Heydər Əliyevin elmi irsini öyrənirik” adlı siyasi məktəbinin iştirakçıları "Qala" Dövlət Tarixi-Etnoqrafiya qoruğu ilə tanış olublar.
- 22 June 2023
-
"Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı davam edir.
Festival çərçivəsində İçərişəhərdə də bir sıra konsert və tədbirlər keçirilir. İyunun 25-dək davam edəcək festival beynəlxalq elmi simpozium, Beynəlxalq Muğam Müsabiqəsi, muğam kompozisiyalarından ibarət fotosərgi və digər proqramlarla zəngindir.
- 21 June 2023
-
İçərişəhərdə “Abşeronun qədim abidələri” mövzusunda təqdimat keçirilib.
20 iyun 2023-cü il tarixində “İçərişəhər” DTMQ İdarəsinin təşkilatçılığı ilə baş tutan təqdimat İCOMOS üzvü, Azərbaycanın memarlıq və arxeoloji abidələrin tədqiqatçısı Faiq Nəsibov tərəfindən keçirilib.
- 20 June 2023
-
Ölkəmizdə rəsmi səfərdə olan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysının rəhbərlik etdiyi nümayəndə heyəti İçərişəhəri ziyarət etmişdir.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin səlahiyyətli nümayəndələri tərəfindən qarşılanan qonaqlar Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə yaxından tanış edilmiş, onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumatlar verilmişdir.
- 20 June 2023
-
İçərişəhərdə Beynəlxalq Yoqa günü qeyd edilib.
Hindistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə “İçərişəhər” DTMQ İdarəsinin dəstəyi ilə İçərişəhərdə Beynəlxalq Yoqa günü keçirilib.
- 19 June 2023
-
İçərişəhər sakin və sahibkarlar üçün vahid məlumatlandırma xidməti
“İçərişəhər” DTMQ İdarəsi İçərişəhər və Qala Qoruqlarının sakin və sahibkarları ilə aparılan işlərin təkmilləşdirilməsi məqsədilə "Vahid məlumatlandırma xidməti"ni (VMX) istifadəyə verib.
- 19 June 2023
-
Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan ilə görüş
Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan bu gün “İçərişəhər” DTMG İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidazdə ilə görüşüb.
- 16 June 2023
-
Pakistanın Baş naziri İçərişəhəri ziyarət edib
İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində İçərişəhəri ziyarət edib.
- 15 June 2023
-
Milli Qurtuluş Günü
-
Azərbaycanın və Türkiyənin birinci xanımları İçərişəhərdə olublar.
İyunun 13-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.
- 13 June 2023