Məlumat üçün bildiririk ki, “İçərişəhər” və “Qız qalası” sözləri əmtəə nişanları qismində “İçərişəhər” DTMQİ adına 10 il müddətinə qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən İdarəyə 2023 1118 nömrəli və 2023 1119 nömrəli şəhadətnamələr təqdim olunmuşdur. Həmin şəhadətnamələr Dövlət reyestrində 05.04.2023-cü il tarixindən qeyd olnmuşdur.

Əmtəə nişanının digər fiziki və ya hüquqi şəxslər tərəfindən istifadə olunmasının qarşısının alınması məqsədilə həmin əmtəə nişanı, onun sahibi, qeydə alındığı əmtəələrin (xidmətlərin) növləri və digər məlumatlar Əqli Mülkiyyət Agentliyinin rəsmi internet səhifəsində (patent.copat.gov.az) dərc edilir.

Əmtəə nişanı-sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).

Xəbərlər Qalereyası

Xəbərlər