14 may 2025-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Qala qoruğunda vətəndaşların qəbulunu keçirib.
Qəbul zamanı Qala qoruğunda yaşayan sakinlərin müraciətləri dinlənilib, onları maraqlandıran məsələlər müzakirə olunub və suallar ətraflı şəkildə cavablandırılıb.

Qaldırılan problemlərin həlli istiqamətində İdarənin müvafiq struktur bölmələrinə aidiyyəti tapşırıqlar verilib.

Xəbərlər Qalereyası

Xəbərlər