Qonağın səfəri Qız Qalasına baxışla başlayıb. Ona abidənin inşa tarixi, daxili strukturu və arxeoloji tapıntılar barədə ətraflı məlumat verilib. Daha sonra Sıratağlı dini-memarlıq kompleksi və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərdə aparılan bərpa və konservasiya işləri ilə tanışlıq baş tutub.

Xanım No Fon Li, həmçinin İçərişəhər “Dastan” brendi və burada təqdim olunan sənət nümunələri ilə maraqlanıb. Qonağa Xarıbülbül döş nişanı və Qarabağ xalçası motivləri ilə bəzədilmiş suvenir təqdim edilib.

Ziyarət zamanı XVII əsrə aid Yeraltı hamam, Şirvanşahlar Sarayı Kompleksi ilə də tanışlıq baş tutub. Sonda xanım No Fon Li ənənəvi təndir çörəyinə qonaq edilib.

Xəbərlər Qalereyası

Xəbərlər