İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Filatelistlər İttifaqının üzvü, ölkənin foto və illüstrasiya irsinin kolleksiyaçısı və tədqiqatçısı, “İçərişəhər” DTMQİ əməkdaşı Bəhruz Hüseynzadə ilə görüş keçirilib.
Görüş zamanı Bəhruz Hüseynzadə “Qız Qalasının Fotoqrafiya irsi” mövzusu ilə çıxış edərək 1860-1960-cı illərə qədər çəkilən fotoşəkillər, onların müəllifləri, o cümlədən 17-19-cu əsrlərdə Bakıya səyahət etmiş tanınmış şəxslərin rəsmlərindən bəhs edib.
22 iyun 2023-cü il tarixində İçərişəhərdə, Bakı Fotoqrafiya Evində keçirilən görüşdə İçərişəhər sakinləri, “İçərişəhər” DTMQ İdarəsinin əməkdaşları və görüş tərəfdaşımız “cult_clab Baku”nun üzvləri iştirak edib.

Xəbərlər Qalereyası

Xəbərlər