“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və qurum rəhbərlərinin iştirakı ilə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin yaradılmasının 7-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Dastan brendi tərəfindən məxsusi hazırlanmış və yazıçının məşhur “Püstə ağacı” əsərinə həsr olunmuş kəlağayısı Mərkəzin rəhbəri Anna İbrahimbəyovaya təqdim edilməsi tədbirə xüsusi rəng qatdı, onu daha səmimi və xoş bir atmosferə bürüdü.

Qeyd edək ki, xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd edilməsi haqqında ölkəmizin başçısı İlham Əliyevin 13 fevral 2025-ci il tarixli Sərəncamına uyğun olaraq Qoruq İdarəsi ilə Mərkəz bir sıra tədbirlərin təşkilini nəzərdə tutub.

Xəbərlər Qalereyası

Xəbərlər