Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan “Tarixi Abidələrin Bərpası” MakTAB-ın 2025-ci il üzrə yeni təlim ilinə start verildi. 

Təlimdə Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvü Erix Pummerin rəhbərliyi ilə gənc bərpaçılar nəzəri biliklər əldə edib, İçərişəhərdə aparılan bərpa prosesi ilə tanış olublar.

Modul çərçivəsində iştirakçılara Şirvanşahlar Sarayı, Qız Qalası və Cümə məscidində görülən konservasiya işləri, üsullar və praktik nümunələr təqdim olunub.

Gənc bərpaçıların bilik və bacarıqlarını artırmaq, onlara beynəlxalq təcrübə qazandırma məqsədilə keçirilən MakTAB layihəsi 2022-ci ildən “İçərişəhər” İdarəsi, “Atelier Erich Pummer GmbH” (Avstriya), Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi və AzMİU-nun birgə təşəbbüsü ilə həyata keçirilir.

Xəbərlər Qalereyası

Xəbərlər