Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan bu gün “İçərişəhər” DTMG İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidazdə ilə görüşüb.
Görüşdə hər iki ölkənin mədəni sahədə birgə əməkdaşlıq perspektivləri, o cümlədən İçərişəhərdə Hindistan Səfirliyinin təşəbbüsü ilə baş tutacaq yoqa sessiyası müzakirə edilib.