“İçərişəhər” DTMQ İdarəsi İçərişəhər və Qala Qoruqlarının sakin və sahibkarları ilə aparılan işlərin təkmilləşdirilməsi məqsədilə "Vahid məlumatlandırma xidməti"ni (VMX) istifadəyə verib. İçərişəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olmaqla bərabər, eyni zamanda yaşayan bir şəhərdir. Bu səbəbdən də xidmət tarixi Qoruqlarda baş verənlər haqqında sakin və sahibkarları zamanında #rəqəmsal şəkildə məlumatlandırmaq üçün istifadəyə verilmişdir.
Məlumat üçün bildiririk ki, “Vahid məlumatlandırma xidməti” sakin və sahibkarlar üçün ödənişsiz əsasda təqdim edilir.