Bu gün “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə Rusiya Federasiyası Tatarstan Respublikasının “Kazan Kremli” Dövlət Tarix-Memarlıq və Rəssamlıq Muzey-Qoruğunun direktoru İlnur Suleymanoviç Rəhimovun rəhbərlik etdiyi heyəti ilə görüşüb.
Görüş zamanı tərəflər tarixi memarlıq qoruqlarının, o cümlədən İçərişəhərin ümumdünya irs məkanı kimi idarəçilik sistemi, abidələrin qorunub-saxlanması, bərpa və konservasiyası, eləcə də turizm infrastrukturunun inkişafı, muzey fəaliyyəti və ənənəvi sənətkarlığın inkişafı sahələrində təcrübə mübadiləsini aparıblar.