-
Tədbirdə tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Musa Qasımlı, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar İsgəndərov, professor Solmaz Rüstəmova-Tohidi və tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova məruzələrlə çıxış ediblər.
- 25 May 2023
-
Sessiya zamanı idarə əməkdaşları İçərişəhərin inkişafı istiqamətində ideyaların paylaşılması, innovativ yanaşmanın inkişafı yolları, kommunikasiya strategiyasının müəyyənləşdirilməsi ilə bağlı müzakirələrdə iştirak etmiş, yaradıcı sənaye, mədəni irsimiz, turizm və digər sahələr üzrə təqdimatlar edilmiş və inkişaf proqramı hazırlanmışdır.
- 25 May 2023
-
V Milli Kitab Sərgisi ilə əlaqədar olaraq 26 May-5 İyun tarixlərində Qoşa Qala qapılarından Böyük qala küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Alternativ olaraq Sabir küçəsindən istifadə edə bilərsiniz.
- 25 May 2023
-
27 may-4 iyun tarixlərində saat 09:00-20:00 İçərişəhər Qoşa Qala meydanında V Milli Kitab Sərgisində yolunuzu gözləyirik!
- 24 May 2023
-
İçərişəhər DTMQİ İdarə heyətinin sədri Şahin Seyidzadə ikinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihənin qaliblərindən biri Arzu Tairquliyeva ilə növbəti görüş keçirib.
- 22 May 2023
-
18 may 2023-cü il tarixində Beynəlxalq Muzey günündə İçərişəhər və Qala qoruqlarındakı muzeylər “Açıq qapı” formatında işləmişdir. Ziyarətçilər hər iki qoruğun ərazisində yerləşən muzeylərə ödənişsiz daxil olaraq, ekspozisiyalar ilə tanış olublar.
- 19 May 2023
-
Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən hər il 18 may tarixi dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Son illər dünyanın 150 ölkəsində qeyd edilən həmin gündə insanlar muzeyləri gəzərək, milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər.
- 18 May 2023
-
İçərişəhərdə 30 nəfərdən çox insanın iştirakı ilə fotoqrafiya üzrə ustad dərsi keçirildi
- 17 May 2023
-
İçərişəhərdə Divan Saatı layihəsi çərçivəsində Bakı Marionet teatrının təsisçisi, bədii rəhbər və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu ilə görüş keçirilib.
- 17 May 2023
-
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə İntiqam Babayev Aparat rəhbəri təyin olunub.
- 16 May 2023
-
16.05.2023-cü il tarixində saat 17:00-da Bakı Fotoqrafiya evində məşhur fotoqraf yerli həvəskarlar üçün ustad dərsi (Master Class) keçəcək.
- 16 May 2023
-
Bakıda UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS), qurumun Azərbaycan Milli Komitəsinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq seminar keçirilmişdir.
- 12 May 2023