İçərişəhərdə “Smart Old City” mövzusunda "Bootcamp" sessiyası keçirilib.
Sessiya zamanı idarə əməkdaşları İçərişəhərin inkişafı istiqamətində ideyaların paylaşılması, innovativ yanaşmanın inkişafı yolları, kommunikasiya strategiyasının müəyyənləşdirilməsi ilə bağlı müzakirələrdə iştirak etmiş, yaradıcı sənaye, mədəni irsimiz, turizm və digər sahələr üzrə təqdimatlar edilmiş və inkişaf proqramı hazırlanmışdır. Tədbir zamanı innovasiya üzrə beynəlxalq mütəxəssislər Mariela Atanassova və Shreya Krishnan eskpert qismində çıxış edərək, İçərişəhər Qoruq İdarəsinin əməkdaşları ilə sıx çalışmışdılar.
“Smart Old City” Bootcamp-i İçərişəhər DTMQ İdarəsi tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Merlər İqtisadi İnkişaf uğrunda (M4EG)” proqramının “Smart Old City” layihəsi çərçivəsində keçirilmişdir.
Xəbərlər Qalereyası

Xəbərlər