İçərişəhərdə 24-25 iyun tarixlərində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyası və İçərişəhər DTMQ İdarəsinin dəstəyi ilə muğam marafonu baş tutacaqdır.
Şirvanşahlar Sarayında muğam festivalının son günündə 24 saat ərzində bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu keçiriləcək. Fasilələr zamanı elektron musiqi produserlərinin canlı ifaları yayıma qoşulacaq.
Muğamların canlı ifası eyni zamanda internet vasitəsilə də canlı yayımlanacaq.
Gəlin və zəngin muğam musiqimizdən canlı olaraq zövq alın!
Marafon 24 iyun tarixində saat 12:00-də başlayacaqdır. Giriş sərbəstdir.

Xəbərlər Qalereyası

Xəbərlər