Beynəlxalq Muzey günündə İçərişəhərQala muzeyləri 5 000 -nə yaxın ziyarətçi qəbul etdi.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən hər il 18 may tarixi dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Son illər dünyanın 150 ölkəsində qeyd edilən həmin gündə insanlar muzeyləri gəzərək, milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər.
Bu tarixdə təkcə İçərişəhər DTMQ İdarəsinin muzeyləri (Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bakı Xanlarının Sarayı və s.) 5 000-dək ziyarətçi qəbul etmişdir.
Muzeylər yalnız qiymətli əşyaların, maddi sərvətlərin saxlanma yeri kimi deyil, həm də tarixin müəyyən məqamlarını özündə yaşadan, onlardan xəbər verən eksponatları kompleksləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi mədəniyyət, elm, maarif ocaqları və mərkəzləridir. Burada saxlanılan hər bir eksponat xalqın çoxəsirlik tarixini, qədimliyini və milliliyini əks etdirir.
Beynəlxalq Muzeylər Günü dünyada hər il müəyyən bir şüar altında qeyd olunur. Bu il 18 may Beynəlxalq Muzeylər Gününün mövzusu - muzeylər, dayanıqlılıq və rifahdır.
Xəbərlər Qalereyası

Xəbərlər