İçərişəhərdə 28 may Müstəqillik Günü qeyd olundu.
Tədbirdə tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Musa Qasımlı, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar İsgəndərov, professor Solmaz Rüstəmova-Tohidi və tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova məruzələrlə çıxış ediblər.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində olan Sumqayıt Musiqi Kollecinin şagirdləri tərəfindən Cümhuriyyətin 105 illiyinə həsr edilmiş kompozisiyalar səsləndirilib.
Tədbirdə "Qoru" Gənclər Təşəbbüs Qrupunun könüllüləri, İçərişəhər Ağsaqqallar Şurasının üzvləri, sakinlər və “İçərişəhər” Qoruq İdarəsinin əməkdaşları iştirak ediblər.
Xəbərlər Qalereyası

Xəbərlər