Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda 26 İyun-Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər, “İçərişəhər”DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Millət vəkili, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Silahlı Qüvvələrinin yaranma tarixi və inkişaf yolundan, Milli Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəsi-Qarabağ Zəfərindən bəhs ediblər.
Daha sonra Qala sakinləri olan qazilərimiz Silahlı Qüvvələr günü münasibəti ilə “Fəxri Fərman”larla təltif ediliblər.