İçərişəhərdə Divan Saatı layihəsi çərçivəsində Bakı Marionet teatrının təsisçisi, bədii rəhbər və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu ilə görüş keçirilib.

Bakı Marionet teatrının unikal binasında baş tutan görüşdə Tərlan Qorçu marionet incəsənətinin yaranma tarixindən, kuklaların hazırlanması prosesindən, dəyərindən, dünya kolleksionerlərinin möhtəşəm kuklalarından danışıb. Görüş iştirakçılarına səhnələşdirilmiş tamaşaların marionetləri, onların idarə edilməsi mexanizmləri, saxlanılma şəraitləri nümayiş edilib. Dünyada mövcud olan marionet teatrları arasında öz unikal repertuarı ilə seçilən Bakı Marionet teatrı bu il 35 illik yubileyini qeyd edir
Görüşdə İçərişəhər sakinləri, “İçərişəhər” DTMQ İdarəsinin əməkdaşları və görüş tərəfdaşımız Cult Bakunun üzvləri iştirak edib.
Xəbərlər Qalereyası

Xəbərlər