QORU gənclər təşəbbüs qrupunun könüllüləri Beynəlxalq Muzey günündə fəal iştirak ediblər.

18 may 2023-cü il tarixində Beynəlxalq Muzey günündə İçərişəhərQala qoruqlarındakı muzeylər “Açıq qapı” formatında işləmişdir. Ziyarətçilər hər iki qoruğun ərazisində yerləşən muzeylərə ödənişsiz daxil olaraq, ekspozisiyalar ilə tanış olublar.
“İçərişəhər” DTMQ İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün muzeylərə üz tutan ziyarətçilərin qəbulunda İçərişəhər və Qala qoruqlarının gənc sakinlərindən ibarət "QORU" gənclər təşəbbüs qrupunun könüllüləri fəal iştirak ediblər.
Xəbərlər Qalereyası

Xəbərlər