“İçərişəhər” futbol komandası Top Həvəskarlar kubokunun qalibi oldu!
2022-ci ilin dekabr ayından başlayan Top Həvəskarlar kubokunun çempionatında Bakı kəndlərindən ibarət 22 futbol komandaları bir-birilə yarışmışlar. İçərişəhər sakinlərindən ibarət futbol komandası finala vəsiqə qazanmışdır.
Bu gün "İçərişəhər" və "Köhnə Bakı" komandaları arasında Top Həvəskarlar kubokunun final oyunu keçirildi.
Sevinclə bildiririk ki, "İçərişəhər" komandası 7:4 hesabı ilə qalib oldu! Bu münasibətlə çempionlarımızı səmimi-qəlbdən təbrik edir, qələbələrinin daimi olmasını arzulayırıq.
Xəbərlər Qalereyası

Xəbərlər