Ölkəmizdə rəsmi səfərdə olan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysının rəhbərlik etdiyi nümayəndə heyəti İçərişəhəri ziyarət etmişdir.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin səlahiyyətli nümayəndələri tərəfindən qarşılanan qonaqlar Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə yaxından tanış edilmiş, onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumatlar verilmişdir.
Sonda OPEC Baş katibi Haysam Əl-Qaysı İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan Cümə məscidini ziyarət edərək orada namaz qılıb.

Xəbərlər Qalereyası

Xəbərlər