Pakistanın Baş naziri İçərişəhəri ziyarət edib.
İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində İçərişəhəri ziyarət edib.
Qardaş ölkənin rəsmi qonaqlarını "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə qarşılayıb.
Qonaqlar Qız Qalası və İçərişəhərin digər tarixi memarlıq abidələri ilə yaxından tanış olublar. Qonaqlar həmçinin İçərişəhər Ənənəvi İncəsənət Mərkəzini ziyarət ediblər və onlara Mərkəzin “Dastan” brendindən xatirə hədiyyələri təqdim olunub.
Xəbərlər Qalereyası

Xəbərlər