"Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı davam edir.

Festival çərçivəsində İçərişəhərdə də bir sıra konsert və tədbirlər keçirilir. İyunun 25-dək davam edəcək festival beynəlxalq elmi simpozium, Beynəlxalq Muğam Müsabiqəsi, muğam kompozisiyalarından ibarət fotosərgi və digər proqramlarla zəngindir. İyunun 20-dən 22-dək isə İçərişəhərdə, Şirvanşahlar Sarayında “Səmimi muğam” konsertini izləmək imkanı yaradılıb. Şirvanşahlar Sarayı Kompleksində təşkil olunan “Səmimi muğam” konserti çərçivəsində hər musiqiçi ifasını öz dinləyicisinə üzbəüz təqdim edir. Konsertdə Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış edir.

Xəbərlər Qalereyası

Xəbərlər