İçərişəhərdə “Abşeronun qədim abidələri” mövzusunda təqdimat keçirilib.
20 iyun 2023-cü il tarixində “İçərişəhər” DTMQ İdarəsinin təşkilatçılığı ilə baş tutan təqdimat İCOMOS üzvü, Azərbaycanın memarlıq və arxeoloji abidələrin tədqiqatçısı Faiq Nəsibov tərəfindən keçirilib.
F. Nəsibov öz məruzəsində qədim zamanlardan insanlar tərəfindən məskunlaşmış Abşerondan, bizim dövrədək çatmış qədim arxeoloji abidələrin mahiyyəti və hazırki durumu, abidələr arasında qədim yaşayış məntəqələrindən, kurqanlar, daş yollar və qayaüstü rəsmlər haqqında məlumat verib.
Daha sonra qədim arxeoloji abidələrin İçərişəhər və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu ilə əlaqələri müzakirə olunub.
Belə təqdimatların təşkilində əsas məqsəd minilliklərlə yaşı olan böyük tarixi dəyərə və turizm potensialına malik olan bu tarixi abidələrlə geniş ictimaiyyəti tanış etmək, onların qorunub saxlanması və mühafizəsi probleminə diqqəti cəlb etməkdir.