İyulun 18-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ölkəmizə səfər çərçivəsində İçərişəhəri ziyarət edib.
Rəsmi qonaqları "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə qarşılayıb.
Qonaqlar Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, yeraltı hamam, Ənənəvi İncəsənət Mərkəzi və İçərişəhərin digər tarixi memarlıq abidələri ilə yaxından tanış olublar.