-
İçərişəhərdə “Smart Old City” mövzusunda "Bootcamp" sessiyası keçirilib.
Sessiya zamanı idarə əməkdaşları İçərişəhərin inkişafı istiqamətində ideyaların paylaşılması, innovativ yanaşmanın inkişafı yolları, kommunikasiya strategiyasının müəyyənləşdirilməsi ilə bağlı müzakirələrdə iştirak etmiş, yaradıcı sənaye, mədəni irsimiz, turizm və digər sahələr üzrə təqdimatlar edilmiş və inkişaf proqramı hazırlanmışdır.
- 25 May 2023
-
İçərişəhərdə 28 may Müstəqillik Günü qeyd olundu.
Tədbirdə tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Musa Qasımlı, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar İsgəndərov, professor Solmaz Rüstəmova-Tohidi və tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova məruzələrlə çıxış ediblər.
- 25 May 2023
-
İçərişəhərdə V Milli Kitab Sərgisi 27 may–4 iyun 2023-cü il tarixlərində keçiriləcək.
27 may-4 iyun tarixlərində saat 09:00-20:00 İçərişəhər Qoşa Qala meydanında V Milli Kitab Sərgisində yolunuzu gözləyirik!
- 24 May 2023
-
İkinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihənin qaliblərindən biri ilə görüş
İçərişəhər DTMQİ İdarə heyətinin sədri Şahin Seyidzadə ikinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihənin qaliblərindən biri Arzu Tairquliyeva ilə növbəti görüş keçirib.
- 22 May 2023
-
QORU gənclər təşəbbüs qrupunun könüllüləri Beynəlxalq Muzey günündə fəal iştirak ediblər.
18 may 2023-cü il tarixində Beynəlxalq Muzey günündə İçərişəhər və Qala qoruqlarındakı muzeylər “Açıq qapı” formatında işləmişdir. Ziyarətçilər hər iki qoruğun ərazisində yerləşən muzeylərə ödənişsiz daxil olaraq, ekspozisiyalar ilə tanış olublar.
- 19 May 2023
-
Beynəlxalq Muzey günündə İçərişəhər və Qala muzeyləri 5 000-nə yaxın ziyarətçi qəbul etdi.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən hər il 18 may tarixi dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Son illər dünyanın 150 ölkəsində qeyd edilən həmin gündə insanlar muzeyləri gəzərək, milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər.
- 18 May 2023
-
İçərişəhərdə Divan Saatı layihəsi çərçivəsində Tərlan Qorçu ilə görüş keçirilib
İçərişəhərdə Divan Saatı layihəsi çərçivəsində Bakı Marionet teatrının təsisçisi, bədii rəhbər və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu ilə görüş keçirilib.
- 17 May 2023
-
İçərişəhərdə 30 nəfərdən çox insanın iştirakı ilə fotoqrafiya üzrə ustad dərsi keçirildi
İçərişəhərdə 30 nəfərdən çox insanın iştirakı ilə fotoqrafiya üzrə ustad dərsi keçirildi
- 17 May 2023
-
İçərişəhərdə fotoqrafiya üzrə master-klass keçiriləcək
16.05.2023-cü il tarixində saat 17:00-da Bakı Fotoqrafiya evində məşhur fotoqraf yerli həvəskarlar üçün ustad dərsi (Master Class) keçəcək.
- 16 May 2023
-
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edildi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə İntiqam Babayev Aparat rəhbəri təyin olunub.
- 16 May 2023
-
“Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq seminarı
Bakıda UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS), qurumun Azərbaycan Milli Komitəsinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq seminar keçirilmişdir.
- 12 May 2023
-
Bu gün Xalq yazıçısı Maqsud İbrahimbəyovun doğum günüdür
Bu gün Xalq yazıçısı Maqsud İbrahimbəyovun doğum günüdür. Görkəmli yazıçı və parlaq şəxsiyyət Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində anadan olub.
- 11 May 2023