Şirvanşahlar Sarayında “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində 24 saat ərzində bir-birini əvəz edən 24 qrupun ifasında möhtəşəm muğam marafonu baş tutub. Fasilələr zamanı elektron musiqi canlı olaraq yayımlanıb.
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının və İçərişəhər DTMQ İdarəsinin dəstəyi ilə baş tutan bu muğam marafonu İçərişəhər ziyarətçi və sakinlərinin böyük marağına səbəb olub.
Xəbərlər Qalereyası

Xəbərlər