-
“İçərişəhər - Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı fotosərgi açılıb.
İçərişəhərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə “İçərişəhər - Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı fotosərgi açılıb.
- 1 December 2023
-
2023-cü ildə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olan Ə. Əliyev küçəsi 1 ünvanında yerləşən binanın fasadının karniz hissələrində bərpa işləri aparılıb.
Tarixi binanın karniz hissəsində atmosfer təsirləri nəticəsində piyadalar üçün təhlükə yarada biləcək xırda daş parçalarının, karnizin və kronşteynlərin tökülmə təhlükəsinin qarşısını almaq üçün bərpa işlərinin aparılması üçün zərurət yaranmışdı.
- 16 November 2023
-
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə maarifləndirici təlim.
31 oktyabr 2023-cü il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyi ilə birgə “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusuna həsr edilmiş təlim keçirilmişdir.
- 2 November 2023
-
FOTO MÜSABİQƏ
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə foto müsabiqəyə start verilir.
- 19 August 2023
-
Təmir-bərpa işləri
Məlumat üçün bildiririk ki, Əziz Əliyev küçəsi 1 ünvanında yerləşən tarixi əhəmiyyətli abidə olan binada hazırda təmir-bərpa işləri gedir.
- 5 August 2023
-
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov ilə görüş
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov arasında görüş baş tutub.
- 4 August 2023
-
“İçərişəhər” Qoruq idarəsində sahibkarlarla görüş keçirilib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər ərazisində fəaliyyət göstərən sahibkarlarla görüşüb.
- 4 August 2023
-
II Milli Qurama Festivalına start verildi!
II Milli Qurama Festivalı 27 iyul tarixində İçərişəhər ərazisində yürüş ilə başlayıb. Yürüşdə təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında paytaxt sakinləri, turistlər və İdarənin əməkdaşları tərəfindən tikilən qədim tikmə növü olan Qurama nümayiş etdirilib.
- 28 July 2023
-
İraq Kürdüstan Regionunun başçısı İçərişəhərdə
İyulun 18-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ölkəmizə səfər çərçivəsində İçərişəhəri ziyarət edib.
- 18 July 2023
-
“İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə Qala Qoruğunda vətəndaşları qəbul edib
13 iyul 2023-cü il tarixində “İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə Qala Qoruğunda vətəndaşları qəbul edib.
- 14 July 2023
-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova ilə görüş
İçərişəhər DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin rəhbərlik etdiyi heyət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovanın rəhbərlik etdiyi heyətlə görüşüb.
- 12 July 2023
-
“İçərişəhər” və “Qız qalası” sözləri əmtəə nişanları
Məlumat üçün bildiririk ki, “İçərişəhər” və “Qız qalası” sözləri əmtəə nişanları qismində “İçərişəhər” DTMQİ adına 10 il müddətinə qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən İdarəyə 2023 1118 nömrəli və 2023 1119 nömrəli şəhadətnamələr təqdim olunmuşdur. Həmin şəhadətnamələr Dövlət reyestrində 05.04.2023-cü il tarixindən qeyd olnmuşdur.
- 12 July 2023