“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən “İçəriçəhərim” adlı rəsm müsabiqəsinin vaxtı 10 iyun 2024-cü il tarixinədək uzadıldı.
Müsabiqənin məqsədi
Peşəkar və həvəskar rəssamların daxili dünyasını göstərmək, fırça vasitəsi ilə gənc rəssamların təxəyyülündəki İçərişəhərin ruhunu ictimaiyyətə təqdim etməkdir. Rəsmlərin əsas mövzusunu İçərişəhər, onun adət-ənənələri, tarixi və bu günü təşkil edir.
Mükafatlar:
1-ci yer – 1500 AZN,
2-ci yer – 1000 AZN
3-cü yer – 500 AZN
Əlavə 4 həvəsləndiriçi mükafat – hər biri 250 AZN
Qalib iştirakçılar həmçinin diplomla, digər seçilən iştirakçılar isə təşəkkürnamə ilə təltif olunacaqlar.
Münsiflər heyəti:
“İçərişəhərim” rəsm müsabiqəsinin qalibləri Azərbaycanın tanınmış rəssamları tərəfindən təyin olunacaq. Münsiflər heyətinə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı professor Natiq Əliyev, Azərbaycan Rəssamlıq İttifaqının sədri xalq rəssamı Fərhad Xəlilov, Beynəlxalq Əlaqələr üzrə prorektor, xalq rəssamı professor Salhab Məmmədov, Elmi və Yaradıcılıq işləri üzrə prorektor, xalq rəssamı, professor Fuad Salayev, xalq rəssamı Eliar Əlimirzəyev kimi görkəmli rəssamlar daxildir.
İştirak haqqında qaydalar:
- Müsabiqəyə-onlayn müraciət və rəsm əsərlərinin sərginin keçirilməsi mərhələlərinə bölünür;
- Müsabiqədə 18 yaşdan yuxarı peşəkar və həvəskar rəssamlar iştirak edə bilər;
- İştirakçının müsabiqəyə təqdim edəcəyi rəsm əsəri müəllifin özü tərəfindən çəkilməli və mövzuya tam uyğun olmalıdır. Əks halda iş müsabiqədən kənarlaşdırılır;
- Qeydiyyat 08 aprel 2024-cü il tarixindən başlanır;
- Müsabiqəyə təqdim olunan rəsm əsərinin JPEG formatında aydın və keyfiyyətli fotosu 10 iyun 2024-cü il saat 18:00-a kimi qeydiyyat anketi ilə birgə resmmusabiqe@icherisheher.gov.az ünvanına göndərilməlidir;
-Qeydiyyatdan keçən iştirakçılar təsdiq haqqında elektron məktubla məlumatlandırılmalıdırlar;
- Əsərlərdə İçərişəhər tərənnüm olunmalı;
- Rəsm əsərləri A4 ölçüsündən kiçik olmamaq şərti ilə kətan və ya kağız üzərində istənilən texnikada işlənə bilər (yağlı boya, akril, akvarel, qara qələm, pastel, quaş və s.)
- Qeydiyyat bitdikdən sonra rəsm əsərləri Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən təyin olunmuş münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və yalnız seçilmiş əsərlər sərgilənəcəkdir;
- Müsabiqənin qalibləri diplom və mükafat, sərgi iştirakçıları isə təşəkkürnamə ilə təltif olunacaqdır;
- Müsabiqə ilə bağlı hər hansı sual yarandığı halda idarənin sayt və sosial media kanalları vasitəsilə müraciət edə bilərsiz.
Əlaqələndirici şəxs: Nailə Ələkbərova
+994 50 621 30 20
Bu anket və rəsmin JPEG formatında aydın fotosu 10 iyun 2024-cü il saat 18:00-a kimi resmmusabiqe@icherisheher.gov.az ünvanına göndərilməlidir.
Qaliblər peşəkar münsiflər heyətinin rəyi nəticəsində seçiləcəkdir.