Dekabrın 25-də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının 6.2-ci bəndinin icrası ilə əlaqədar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Mediasiya Şurasının İdarə Heyətinin üzvü, mediator-vəkil Sima Yaqubova Sədrəddin qızı tərəfindən “Antikorrupsiyaya davranış modelinin formalaşdırılması” mövzusuna həsr edilmiş təlim keçirilib.