31 oktyabr 2023-cü il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyi ilə birgə “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusuna həsr edilmiş təlim keçirilmişdir.
Təlimdə iştirak edən İdarə aparatının və qurumların əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı” haqqında məlumat verilmiş, Milli Fəaliyyət Planına dair “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən Tədbirlər Planının müvafiq bəndlərindən irəli gələn vəzifələr açıqlanmış, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsinin vacibliyi vurğulanmışdır.
Yekunda iştirakçılar arasında mövzu ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.