“İçərişəhər - Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı fotosərgi açılıb.
İçərişəhərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə “İçərişəhər - Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı fotosərgi açılıb.
Nümayiş edilən şəkillərdə həyatı və yaradıcılığı İçərişəhərlə sıx bağlı olan xalq rəssamı Tahir Salahov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə və Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov, eləcə də digər tanınmış mədəniyyət xadimlərinin Ulu öndər Heydər Əliyevlə ünsiyyətdə olduğu anlar əks olunub.
Sərginin açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Şahin Seyidzadə, Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Tahir Salahovun Ev-Muzeyinin direktoru Səadət Mirzəyeva, Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən bəhs ediblər.
Sərgi 14.12.2023-cü il tarixinədək Tahir Salahovun ev-muzeyində muzey ziyarətçiləri üçün açıq olacaq.