“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər ərazisində fəaliyyət göstərən sahibkarlarla görüşüb.
Görüş zamanı sahibkarların İçərişəhər ekosistemində oynadıqları mühüm rol, onların İçərişəhər turizm xidmətinə verdikləri tövhə, İçərişəhər Qoruq İdarəsi ilə birgə həyata keçirdikləri işlər, gələcək əməkdaşlıq layihələri müzakirə olunub. Sonda sahibkarların müraciətləri dinlənilib, sualları cavablandırılıb və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Hal-hazırda İçərişəhər ərazisində 257 sahibkarlıq subyekti fəaliyyət göstərir.