“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və  Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə 18 may Beynəlxalq Muzeylər gününə həsr olunan “ICHERISHEHERIM” adlı rəsm müsabiqəsinə start verilir.

İştirak haqqında qaydalar:

-  Müsabiqəyə-onlayn müraciət və rəsm əsərlərinin sərginin keçirilməsi mərhələlərinə bölünür;

- Müsabiqədə 18 yaşdan yuxarı peşəkar və həvəskar rəssamlar iştirak edə bilər;

- İştirakçının müsabiqəyə təqdim edəcəyi rəsm əsəri müəllifin özü tərəfindən çəkilməli və mövzuya tam uyğun olmalıdır. Əks halda iş müsabiqədən kənarlaşdırılır;

 - Qeydiyyat 08 aprel 2024-cü il tarixindən başlanır;

- Müsabiqəyə təqdim olunan rəsm əsərinin JPEG formatında aydın və keyfiyyətli fotosu 08 may 2024-cü il saat 18:00-a kimi qeydiyyat anketi ilə birgə resmmusabiqe@icherisheher.gov.az  ünvanına göndərilməlidir;

-Qeydiyyatdan keçən iştirakçılar təsdiq haqqında elektron məktubla məlumatlandırılmalıdırlar;

- Əsərlərdə İçərişəhər tərənnüm olunmalı;

- Rəsm əsərləri A4 ölçüsündən kiçik olmamaq şərti ilə kətan və ya kağız üzərində istənilən texnikada işlənə bilər (yağlı boya, akril, akvarel, qara qələm, pastel, quaş və s.)

- Qeydiyyat bitdikdən sonra rəsm əsərləri Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən təyin olunmuş münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və yalnız seçilmiş əsərlər sərgilənəcəkdir;

- Müsabiqənin qalibləri diplom və mükafat, sərgi iştirakçıları isə təşəkkürnamə ilə təltif olunacaqdır;

- Müsabiqə ilə bağlı hər hansı sual yarandığı halda idarənin sayt və sosial media kanalları vasitəsilə müraciət edə bilərsiz.

Əlaqələndirici şəxs: Nailə Ələkbərova 

+994 50 621 30 20

Anketi yüklə

 

  • Qaliblər peşəkar münsiflər heyətinin rəyi nəticəsində seçiləcəkdir.

 

 Qaliblərin mükafatlandırılması və açıq havada iştirakçıların seçilən əl işlərindən ibarət sərgi 18 may 2024-cü il il tarixində Şirvanşahlar Saray Kompleksində baş tutacaqdır.

Xəbərlər Qalereyası

Xəbərlər