-
Qala Qoruğunda dama turnirinə start verilmişdir
6 -7 May tarixlərində “İçərişəhər” DTMQİ-nin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Qala Qoruğunda dama turnirinə start verilmişdir.
- 8 May 2023
-
"İçərişəhər" DTMQİ əməkdaşları "Bakı Marafonu 2023" də iştirak etmişdir
Bu gün "İçərişəhər" DTMQİ əməkdaşları "Bakı Marafonu 2023" də iştirak etmişdir. "Küləyə qalib gəl" şüarı altında keçirilən marafonda 19 500 nəfər iştirakçı qeydiyyatdan keçmişdir.
- 7 May 2023
-
"İçərişəhər" DTMQİ İdarəsinin "QORU" gənclər təşəbbüs qrupunun könüllüləri
"İçərişəhər" DTMQİ İdarəsinin "QORU" gənclər təşəbbüs qrupunun könüllüləri ölkəmizdə baş tutan geniş miqyaslı tədbirlər zamanı İçərişəhər və Qala qoruğu ərazilərində ölkəmizin qonaqlarını tələb olunan istiqamatlərdə yönəldir, muzeylərlə bağlı məlumatlandırır və bələdçilərə lazım olan dəstəyi göstərirlər.
- 4 May 2023
-
"İçərişəhər" DTMQ İdarəsinin İdarə Heyətinin sədri Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirini qəbul edib.
2 may 2023-cü il tarixində keçirilən görüşdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ralf Horlemann və Almaniyanın Leypsiq şəhərinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Dr. Qabiele Qoldfus ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.
- 2 May 2023
-
“Tarixi abidələrin bərpası" MakTAB-ın beşinci tədris modulu başa çatıb.
Alman bərpaçı, elmlər doktoru Corc Hilbert və Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvü Erix Pummerin rəhbərliyi ilə dövlət və özəl sektorun nümayəndələri, tələbə və fiziki şəxslər 3 gün 24 akademik saat ərzində konservasiya və bərpa işləri üzrə nəzəri biliklərə yiyələnib, İçərişəhər qoruğunun abidələri timsalında aparılan bərpa işləri ilə tanış olublar.
- 1 May 2023
-
Urxan Ələkbərov uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik, İçərişəhər Ağsaqqallar Şurasının üzvü Urxan Ələkbərov Azərbaycan Respublikasında elm və təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.
- 28 April 2023
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Belçikanın Brüssel şəhərində təşkil olunan Beynəlxalq Seminarda iştirak edir
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aİ tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən "Portfolio Səyahəti"nin bir hissəsi olara "Merlər İqtisadi İnkişaf uğrunda (M4EG)” (Mayors for Economic Growth) Təşəbbüsü çərçivəsində Belçikanın Brüssel şəhərində təşkil olunan Beynəlxalq Seminarda iştirak edir.
- 27 April 2023
-
Mir Cəlal Paşayevin anadan olmasından 115 il keçir
Bu gün görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 115 il keçir.
- 26 April 2023
-
İçərişəhərdə “Özbəkistan – Şərqin incisi” adlı fotosərginin açılış mərasimi keçirilib
21 aprel tarixində İçərişəhərdə “Özbəkistan – Şərqin incisi” adlı fotosərginin açılış mərasimi keçirilib.
- 21 April 2023
-
Qala qoruğunda Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Qala qoruğunda ağacəkmə aksiyası keçirilib.
- 18 April 2023
-
İçərişəhərdə yerləşən Ədibin Evində 3-cü Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb
İçərişəhərdə yerləşən Ədibin Evində 3-cü Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - yazıçı, alim və pedaqoq Mir Cəlalın 115 illik yubileyinə həsr edilən 3-cü Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb.
- 17 April 2023
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İdarə Heyətinin sədri Şahin Seyidzadə fərdi qəbul keçirib.
13 aprel 2023-cü il tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İdarə Heyətinin sədri Şahin Seyidzadə fərdi qəbul keçirib
- 13 April 2023