Bakıda UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS), qurumun Azərbaycan Milli Komitəsinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq seminar keçirilmişdir.
Seminar çərçivəsində iştirakçıların UNESCO-nun Ümumdünya İrs Məkanı olan İçərişəhərə səfəri baş tutdu. Səfər zamanı İCOMOS nümayəndələri və təlim iştirakçıları İçərişəhərin dünya irs məkanı kimi mühafizəsi, mədəni irs obyektlərinin bərpası və konservasiyası, eləcə də zəngin mədəni irsin təbliği istiqamətində gördüyü işlərlə tanış oldu