“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 8 may 2023-cü il tarixində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərginin açılışı Bakı Fotoqrafiya Evində həyata keçirilmişdir. Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkillər tanınmış fotoqraflar Rafiq Bağırov, Yaşar Xəlilov, Oqtay Məmmədov və digərlərinin işlərində nümayiş olunmuşdur. Rafiq Bağırov peşəkar həyatının bir çox illərini Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı qismində keçirmişdir. Sərginin açılışında İçərişəhər DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə, Milli Məclisin Deputatı Nigar Arpadarai, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və fotoqraf Rafiq Bağırov çıxış etmişdir. Sərgi 8-14 may 2023-cü il tarixlərində həyata keçirilir.