2 may 2023-cü il tarixində keçirilən görüşdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ralf Horlemann və Almaniyanın Leypsiq şəhərinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Dr. Qabiele Qoldfus ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.

Görüşdə iki ölkə arasında mədəni sahədə əlaqələrinin inkişafına töhfə verəcək mümkün əməkdaşlıq sahələri, birgə fəaliyyətlər, həmçinin İçərişəhər və Leypsiq şəhəri arasında dayanıqlı şəhər idarəçiliyi, irsin konservasiyası və muzeylərin idarə edilməsi sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Xəbərlər Qalereyası

Xəbərlər