-
"İçərişəhər" DTMQİ "küçə vandalizmi"nin qarşısının alınması istiqamətində ciddi iş aparır
Bir çox tarixi binalar təbii daş, mərmər, qranit, kərpic kimi materiallardan hazırlanmış ikonik hörgülərə sahibdir. Bütün bunlar tikililərə özünəməxsus xarakter və tarixi əhəmiyyət verən unikal detallardır. Bu tipli tikililər üzərinə çəkilən qrafitilərin silinməsi ciddi əmək tələb etməklə yanaşı, həm də tikililərin xarici səthlərinin gözəlliyini zədələyən və estetik problemlər yaradan faktorlar olması da şübhəsizdir.
- 12 February 2021
-
Böyük Britaniyanın dövlət naziri İçərişəhərdə
08 fevral 2021-ci il tarixində Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana səfəri çərçivəsində doğma Bakımızın tarixi özəyi və mədəniyyət beşiyi olan İçərişəhəri ziyarət etmişdir. Rəsmi qonağı İDTMQİ-nin İdarə Heyətinin sədri cənab Ə. Ələkbərov qarşılamışdır.
- 9 February 2021
-
"İçərişəhər" DTMQİ ilə OWHC-nin katibliyi arasında video formatda görüş keçirilib
4 fevral 2021-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə İdarənin üzvü olduğu Ümumdünya İrs Şəhərləri Təşkilatının (OWHC) Şərqi və Mərkəzi Avropa Katibliyi arasında video formatda görüş keçirilib.
- 4 February 2021
-
Qədim "Qurama" sənəti barədə sənədli film
"CBC" telekanalı qədim "Qurama" sənətinin yenidən bərpa olunması layihəsi barədə sənədli film hazırlayıb. Filmin davamını aşağıdakı linkdən izləyə bilərsiniz.
- 4 February 2021
-
"İçərişəhər" DTMQİ-də 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn konfrans keçirilib
19 yanvar 2021-ci il tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində "20 Yanvardan başlanan Zəfər yolu" adlı onlayn konfrans keçirilib.
- 19 January 2021
-
ICESCO-nun nümayəndə heyəti İçərişəhərlə tanış olub
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 13-də İçərişəhərlə tanış olub.
- 13 January 2021
-
Vətən müharibəsi şəhidi - İçərişəhər sakini Fərid Əliyev
Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində ölkəmizin hər bir guşəsindən olan qəhrəman Vətən övladları son damla qanlarına qədər döyüşmüşlər. İçərişəhər sakini Fərid Əliyev Şuşa uğrunda gedən qızğın döyüşlərdə iştirak etmiş və müqəddəs şəhidlik zirvəsinə yüksəlmişdir.
- 12 January 2021
-
İçərişəhərdə "Art on the Wall" layihəsi start götürüb
2020-ci il mədəni tədbirlər üçün çox da zəngin il olmadı, onların bir çoxu dayandırılmalı, təxirə salınmalı və ya onlayn təşkil edilməli oldu. "Art on the Wall" (Divarda İncəsənət) layihəsi isə əksinə, rəqəmsal layihə olaraq gündəmə gəldi və hazırda İçərişəhərdə Kiçik Qala 58 ünvanındakı binanın fasadında pankart kimi sərgilənməyə başlayıb.
- 11 January 2021
-
Özünüməşğulluq proqramı çərçivəsində “Qurama” sənətinin bərpasına dəstək layihəsinə başlanılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə və özünüməşğulluq proqramının dəstəyi əsasında “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi tərəfindən Azərbaycanın qədim sənətkarlıq növlərindən olan qurama sənətinin yenidən bərpasına start verilir.
- 28 December 2020
-
"İçərişəhər" DTMQİ-nin əməkdaşları Vətən müharibəsində iştirak ediblər
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində könüllü iştirak ediblər. Torpaqlarımızın işğaldan azad olunmasında və möhtəşəm qələbəmizdə rolu olan 2 əməkdaşımızı tanıyaq:
- 25 December 2020
-
İçərişəhərdə qədim "Qurama" sənəti bərpa olunur
2020-ci ilin dekabr ayından başlayaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə xalqımızın qədim tarixi köklərə və ənənələrə bağlı bədii tikmə növlərindən olan "Qurama" sənətinin yenidən bərpa olunmasına start verilir.
- 18 December 2020
-
“Şirvanşahlar dövlətinin abidələri” layihəsi çərçivəsində yeni kitab təqdim olunub
Bütün Azərbaycan xalqının möhtəşəm Qələbənin – Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxladığı torpaqların azad edilməsinin qeyd olunması şəraitində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən yeni tarixi kitab hazırlanmışdır və oxucuların diqqətinə təqdim edilir. Bu da təsadüfi deyil.
- 10 December 2020