13-17 iyun tarixlərində Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə “Qlobal Kommunikasiyalar və İnnpovasiyalar” şirkəti tərəfindən UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda təlim proqramı keçirilir.

14 iyun tarixində qonaq çıxışçı qismində iştirak edən "İçərişəhər" DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə təlim təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirmiş və Dünya İrsi siyahısında yer almış İçərişəhər haqqında, onun yerləşmə planı, tarixi-memarlıq attributları, özünəməxsus zəngin üslubu, məkanda idarəetmə və mühafizə tədbirlərində birgə icma iştirakçılığı kimi aktual məsələləri konkret nümunələr üzərindən təlim iştirakçıları ilə bölüşdü.

Eyni zamanda 13 iyun tarixində “İçərişəhər” DTMQ İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov təlimçi kimi çıxış edərək mədəni irsin idarə olunmasının əhəmiyyəti, təmsil etdiyi qurumun və eləcə də dünya irsi siyahısında olan bəzi obyektlərin misalında idarəetmə ilə bağlı yanaşmalar/ssenarilər, idarəetmənin planlanması, icrası və monitorinqinə dair vacib bilgiləri iştirakçılarla bölüşmüşdür.
Qeyd edək ki, təlimdə İdarənin aidiyyəti qurumlarından iki əməkdaş da iştirak edir.
Təlim proqramı 17 iyun 2022-ci il tarixinə qədər davam edəcək.

Xəbərlər Qalereyası

Xəbərlər