Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində ölkəmizin hər bir guşəsindən olan qəhrəman Vətən övladları son damla qanlarına qədər döyüşmüşlər. İçərişəhər sakini Fərid Əliyev Şuşa uğrunda gedən qızğın döyüşlərdə iştirak etmiş və müqəddəs şəhidlik zirvəsinə yüksəlmişdir.

Şəhid Əliyev Fərid Pirəli oğlu 14 avqust 1994-cü il tarixində Bakı şəhərində anadan olub. 2010-cu ildə 132 saylı tam orta məktəbi bitirib. 2012-ci ildə təhsilini davam etdirdiyi peşə liseyindən məzun olub. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələri Sıralarında xidmət edib. Xidmətini başa vurduqdan sonra "AÇKO" MMC-də əmək fəaliyyətinə başlayıb.

27 sentyabr tarixində başlanan Vətən müharibəsində iştirak etmək üçün üçün könüllü olaraq cəbhəyə yollanıb. 5 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır. Vətən uğrunda canından keçən igidlərimizin ruhları qarşısında baş əyirik!

Xəbərlər Qalereyası

Xəbərlər