“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə “İstedArt” mədəni-xeyriyyə layihəsinin iştirakçılarını təbrik etdi. Uşaqlara hədiyyələr təqdim olunaraq layihənin 2022-ci ilin yanvar ayında baş tutacaq yeni sezonu haqqında
məlumat verildi.
“İstedArt" layihəsi "İçərişəhər" Dövlət Tarix-Qoruq İdarəsinin təşkilatçılığı ilə 2018-ci ilin mart ayından keçirilir. Layihənin təşkilində əsas məqsəd sağlamlıq imkanları məhdud, daun sindromundan əziyyət çəkən, valideyn himayəsindən məhrum olmuş uşaqların istedad və bacarıqlarını üzə çıxarmaqdır. Hal-hazırda layihədə Bakının 5 internat məktəbinin şagirdləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan uşaqlar iştirak edirlər.
Layihədə iştirak edən internat məktəbləri:
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 №-li
orta internat məktəbi,
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi,
8 №-liSanatoriya tipli internat məktəbi,
E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 №-liRespublika xüsusi internat məktəbi,
E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 №-liRespublika xüsusi internat məktəbi,
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li
Respublika xüsusi internat məktəbi.