09 iyun 2022-ci il tarixində bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Içərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılmışdır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məsələni nəzarət altına götürüb və hazırda lazımi tədbirlər görülməkdədir.

Tezliklə görülən əlavə tədbirlər haqqında ictimaiyyətə geniş məlumat veriləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu kimi məsələni işıqlandıran hər bir kəsə təşəkkürünü bildirir.

Xəbərlər Qalereyası

Xəbərlər