Festivalı keçirməkdə məqsəd Azərbaycanın ən qədim, sirli və bəşəri dəyərə malik abidəsi olan “Qız Qalasını” qlobal miqyasda təbliğ etməkdən ibarətdir. İçəri Şəhərin (Divarlarla əhatə olunmuş Köhnə Bakı şəhəri) ərazisi daxilində yerləşən bu abidə Odlar Yurunun simvoludur və YUNESKO-nun Dünya İrsi Abidələrinin siyahısına daxil edilmişdir. Azərbaycan memarlığının incisi, onun qədim tarixi irslərindən və xalqın zəngin ənənələrindən biri olan Qız Qalası həm də beynəlxalq tarixi irsin və mədəniyyətlrarası dialoqun zənginləşdirilməsinə verilmiş əhəmiyyətli töhfəni təmsil edir.
2010-cu ildə başlanan “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı səkkiz il ardıcıl olaraq Azərbaycan paytaxtında uğurla keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən gələn 100-dən çox tanınmış rəssam artıq bu festivalda iştirak etmişdir. Qız Qalası maketlərini öz milli üslublarında bəzəməklə, rəssamlar müxtəlif mədəniyyət və ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaratdılar.
Festival, hər il yeni tematik komponent əlavə etməklə, öz konseptual xəyal sərhədlərini genişləndirir. Bu il də 17 rəssam dahi Azərbaycan şairi Nəsiminin əsərlərindən səhnələrlə Qız Qalası maketləri bəzəyəcəklər. Hər bir tamamlanmış heykəl xüsusi rəsm üslubunu və hər bir rəsamın dekorasiyasını nümayiş etdirəcək
Bu rəssamların unikal işlərindən ibarət olan sərgi Bakı sakinləri və qonaqlar üçün İçərişəhərdə keçiriləcək, sonra dünyanın müxtəlif ölkələrində sərgilənəcək və Qız Qalasının həm dünya irsinin bir hissəsi kimi təbliğinə, həm də festivalın əsas məqsədinə, yəni ictimaiyyətin diqqətinin vəhşi təbiətin mühafizəsi ilə bağlı problemlərə yönəldilməsinə xidmət edəcək.

Xəbərlər