Tezliklə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu şəhər kənarında ən əyləncəli və xüsusi məkanlardan birinə çevriləcəkdir. Beləki, ailəvi olaraq asudə vaxtınızı səmərəli keçirmək, övladlarınızı sevindirmək arzusunda olsanız “Kontakt zoopark” ən uğurlu seçiminiz ola bilər. Bu məkan adət etdiyimiz adi heyvanxana olmayaraq özündə ayrıca bağlı sahəni əhatə edəcək. Məhz burada yaradılacaq geniş həyətdə siz ev heyvanları və insana heç bir təhlükə yaratmayan ekzotik sevimli heyvanlar ilə yaxından tanış ola biləcəksiniz. Siz onları rahatlıqla yemləyə bilər, həmçinin oxşayaraq öz sevginizi göstərə bilərsiniz.

Xəbərlər