Azərbaycan incəsənətinin yaşadıcılarından olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “İstedArt” adlı layihəyə start vermişdir. Layihənin mahiyyəti əqli zəifliyi olan uşaqları nənə-babalarımızın mirası olan incəsənətimizlə tanış etmək, onları ruhlandırmaq, ən əsası isə bu çətin həyat yolunda onlara tənha olmadıqlarını hiss etdirməkdir. 3 ay ərzində davam edəcək layihədə Azərbaycanın tanınmış, istedadlı simaları Bəhruz Kəngərli, Mehriban Şəmsəddinskaya, Zöhrab Salamzadə və digərləri öz biliklərini uşaqlara aşılamağa çalışacaqlar. Bu müddətdə bizim qəhrəmanlarımız rəssamlıq, heykəltəraşlıq, keramika və qrafika üzrə dərslərdə iştirak edəcəkdir. Qeyd edək ki, kurs proqramı ödənişsiz olaraq Qoruq İdarəsinin dəstəyi və təşkilatçılığı ilə təmin olunur. Proqramın nəticəsi olaraq sizləri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bizim “kiçik qəhrəmanlar”ın əl işlərindən ibarət olacaq sərgiyə baxmağa dəvət edirik.

Xəbərlər