"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi monumental abidələrin bərpası, vətəndaşların və xarici qonaqların rahatlığının təmin edilməsi ilə yanaşı tezliklə öz qayğı və diqqətini İçərişəhərin "kiçik personajları"ndan da əsirgəməyəcəkdir.
Söhbət qədim şəhərə daxil olduğunuz andan sizi dostcasına salamlayan pişiklərdən gedir. İçərişəhərin simvollarından birinə çevrilmiş bu canlıları qorumaq üçün Qoruq İdarəsi IDEA Animal Care Center ilə birlikdə ərsəyə gətirilən "Pişiklər üçün ev" layihəsini təqdim edir. Rahat, geniş, ayrıca su ve yem qabı olan sığınacaqlar pişikləri əlverişsiz hava şəraitindən qoruyaraq, xüsusilə ana pişik və onun balalarına sərbəst və maneəsiz yaşamaq imkanı verəcəkdir. Çox tezliklə siz müvafiq yerlərdə pişiklərin yeni yuvalarını görə biləcəksiniz.

Xəbərlər