Koronavirus infeksiyası COVID-19 -un dünya miqyasında yayılması təhlükəsi səbəbindən, Prezident cənab İlham Əliyev başda olmaqla, Azərbaycan Respublikasının Hökuməti mövcud vəziyyətə dərhal reaksiya verdi və insanların sağlamlığının qorunması üçün bir sıra tədbirlər gördü. Dövlət başçısı çıxışında sosial əlaqələrin məhdudlaşdırılmasının vacibliyini qeyd etdi və evdə qalmaq xahişi ilə bütün əhaliyə müraciət etdi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa müraciətində böyüklərə hörmət və həssaslığın həmişə Azərbaycan xalqının ayrılmaz xüsusiyyəti olduğunu vurğulamış və onu qeyd etmişdir ki, bu çətin günlərdə yaşlı nəsli xüsusi qayğı və nəvaziş ilə qorumalıyıq.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 24-dən etibarən ölkə daxilində karantin rejimi elan edilir və buna əsasən 65 yaşdan yuxarı şəxslərin evdə qalması lazımdır.
Xalqın sağlamlığının yüksək səviyyədə qorunmasını təmin edən qayğı, təxirəsalınmaz qərar və fərmanlara görə Dövlətimizə təşəkkür edirik!
Bugünki reallıqda yaşlı nəsil əsas risk qrupudur. Hazırda ən çox dəstəyə və sevgiyə məhz onlar ehtiyac duyur.
Müsabiqədə iştirak etmək üçün:
• Valideynlərinizdən, baba və nənələrinizdən birinin şəklini #evdeqal #valideynleriqoru heşteqləri ilə paylaşın
Onun haqqında qısa məlumat verin, bu çətin dövrü necə yaşayır və sizə necə motivasiya verir
• Estafeti davam etmək üçün instagramda və facebookda 5 dostunuzu etiketləyin
Müsabiqə iştirakçıları instagram səhifələrimizi izləməlidirlər:
@icherisheher_living_history, @icherisheher_museum_center
Daha çox bəyəniləcək fotoların müəllifləri “İçərişəhər” Muzey Mərkəzindəki suvenir mağazalarından hədiyyə qazanacaqlar.
Valideynlərinizi və sevdiklərinizi qoruyun!
#valideynleriqoru