"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi, tanınmış teleradio aparıcısı Rahib Azəri "Azerçay"ın təşkilati dəstəyi ilə Rusiyanın "Birinci" kanalında yayımlanan məşhur "Pole Çudes" şousunda iştirak edərək qalib olub. R.Azəri verilişin 27 dekabr 2019-cu il tarixli "Yeni il" buraxılışına dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini bildirib.
Oyuna ana dilində təbriklə başlayan həmyerlimiz aparıcı Leonid Yakuboviçə və iştirakçılara milli mətbəximizin dadlı təamlarından, xüsusən "Pole çudes" proqramı üçün hazırlanmış armudu stəkanda çay və müxtəlif hədiyyələr təqdim edib.
Verilişə "Natiq" ritm qrupu da qatılıb. Qrupun "Qarabağ şikəstəsi" kompozisiyası çox böyük maraqla qarşılanıb. Gözəl oyun nümayiş etdirən Rahib Azəri final mərhələsinə çıxıb və super finalın qalibi olub.
Veriliş zamanı yaşanan maraqlı anları aşağıdakı linkdən izləyə bilərsiniz:
https://www.1tv.ru/shows/pole-chudes/vypuski/pole-chudes-vypusk-ot-27-12-2019
"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı