“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon İdarə

Nizamnamə

İdarənin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. İdarənin nizamnamə fondu 1 000 000 (bir milyon) manatdır.

5.2. İdarənin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, təsisçi tərəfindən ona verilmiş digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitlərdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

5.3. İdarə əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. İdarə balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. İdarə qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra İdarənin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. İdarə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər göstərdiyinə (hüquqi hərəkətləri həyata keçirdiyinə) görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur.

5.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulmuş İdarənin məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri tənzimlənən qiymətlərə aiddir.

5.7. İdarə Heyəti sədrinin və İdarə Heyətinin digər üzvlərinin, İdarənin aparatının işçilərinin vəzifə maaşları, müvafiq olaraq, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, rəhbər müavinlərinin və aparatlarının işçilərinin vəzifə maaşlarına bərabər tutulur. İdarənin işçilərinə əlavə ödənilən həvəsləndirmə sistemi İdarə Heyəti tərəfindən müəyyən edilir.