Apellyasiya Şurası
Dövlətə məxsus olan hüquqi şəxslərdə
apellyasiya şuralarının yaradılması haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsaslanaraq, Azərbaycan Respublikası Prezidentinin 06 may 2019-cu il tarixli, 681 nömrəli Fərmanı ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasında şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, habelə bu sahədə şəxslərin hüquq və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması təsbit edilmişdir.
Həmin Fərmanın icrasını təmin etmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyəti sədrinin 15 may 2019-cu il tarixli, 35 nömrəli Əmri ilə müvafiq Apellyasiya Şurası yaradılmışdır.
